Vüsal Quliyev: Həmkarlar ittifaqları fəaliyyətlərini daha da gücləndirməlidirlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabeliyində olan üzv təşkilatlar tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirilib.
Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək həmkarlar ittifaqlarının cəmiyyətdəki əhəmiyyətli rolunu qeyd edib. Bildirib ki, həmkarlar ittifaqlarının fəaliyyətinin mərkəzində insan faktoru dayanır və bu qurumlar onların əmək hüquqlarının qorunmasına, sosial problemlərinin həllinə və iqtisadi maraqlarının qorunmasına xidmət edir. Bu xüsusda həmkarlar ittifaqları fəaliyyətlərini daha da gücləndirməli, üzvlərinin maraqlarını hər zaman qorumalıdırlar.
V.Quliyev regionlarda müxtəlif sahələr üzrə həmkar ittifaqlarına üzv şəxslərin həmin qurumlara əlçatanlığının təmin olunması məsələlərinə də toxunub. Bildirib ki, qısa zamanda regionlarda silsilə görüşlərin keçirilməsinə, həmkar ittifaqlarının fəaliyyətinin nəzərdən keçirilməsinə ehtiyac var.
Şəhid ailələri və müharibə iştirakçılarının həmkarlar ittifaqlarının daima diqqət mərkəzində olduğunu qeyd edən V.Quliyev, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
O, həmkarlar ittifaqlarının qabaqcıl ölkələrdə anoloji qurumlarla qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunaraq, beynəlxalq əlaqələrin əhəmiyyətini qeyd edib.
V.Quliyev həmkarlar ittifaqlarının nümayəndələrinin həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şuralarda təmsilçiliyi ilə bağlı fikirlərini də bölüşərək, ictimai nəzarətin həyata keçirilməsində onların fəallığının artırılması istiqamətində iş aparılmasına ehtiyac olduğunu bildirib.



Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











