Xaçmazda QƏZA: piyada ÖLDÜ

Xaçmaz rayonun Yergüc kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, Xaçmaz – Quba avtomobil yolunun Yergüc kəndindən keçən hissəsində Üçgün kənd sakini 1970-ci il təvəllüdlü Hafizov Elçin Bahəddin oğlu yolu keçərkən “Opel” markalı minik avtomobili onu vurub.
E.Hafizov aldığı müxtəlif dərəcəli xəsarətlərdən hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Avtomobildə olan sərnişinlər – 1989-cu il təvəllüdlü İbrahimov Eldəniz Musa oğlu və 2006-cı il təvəllüdlü Həsənov Səbuhi Babək oğlu müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











