Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir nəfər həbs olunub.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Bəhruz İsayev (şərti adla) fotoların üzərinə əxlaqsız ifadələr yazaraq "TikTok"da özünə məxsus hesabda paylaşıb. Həmin fotolar da Bəhruzun keçmiş arvadı Ayselə, qayınatasına, və qadının dayısına məxsus olub.
Fakt əsasında Bəhruz polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protkol tərtib olunub.
B.İsayev ifadəsində bildirib ki, Aysellə evli olub sonra boşanıblar. Dayısı ona zəng edərək, təhqir etdiyi üçün o da qisas almaq qərarına gəlib və "TikTok"da onların fotolarının üzərinə söyüşlər yazaraq paylaşıb. Bəhruz əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə B.İsayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












