Xanım hüquqşünasın lüks avtomobilini yandıran şəxslə bağlı QƏRAR VERİLDİ

Ali Məhkəmədə qaçırdığı bahalı avtomobillə qəza törədən və maşının partlayaraq yanmasına səbəb olan Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Əlican Qurbanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra qərar elan olunub. Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Əlican Qurbanov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hadisənin bu il gecə saat 04 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 226 saylı binanın duracağında olan və banklardan birində hüquqşünas kimi çalışan S.A- ya məxsus "BMW-X6" markalı avtomobilin qaçırıldığı məlum olub. Belə ki, xanım hüquqşünas avtomobilini həyətdə park etdikdən sonra açarı binanın mühafizəçisi Murad adlı şəxsə təhvil verib və o da açarları otağına qoyub. Bundan sonra həyətdəki avtoyuma məntəqəsində yuyucu işləyən Əlican sərxoş halda gecə saat 4-də oraya gəlib və avtomobilinin açarını götürüb və maşını sürərək ordan uzaqlaşıb. Səhər saat 6-da o, maşını yüksək sürətlə idarə edərkən Bakı Beynəlxalq Avtovağzalının qarşısında qəza törədib. Nəticədə avtomobil partlayaraq yanıb. Hadisə zamanı avtomobilə ümumilikdə 40 min manat ziyan dəyib və tamamilə yararsız hala düşüb. Sonradan məlum olub ki, bahalı avtomobil lizinq obyektidir. Belə ki, xanım hüquqşünas işlədiyi banka ödəniş edərək maşını kreditlə əldə edib. Hadisdən dərhal sonra Əlican Qurbanov həbs edilib. Barəsində Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 185.2.4-ci (Talama məqsədi olmadan avtomobil qaçırma - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə iş açılıb. Məhkmədə Əlican törətdiyi əməli etiraf edib. O, vurmuş olduğu 40 min manatlıq ziyanı ödəmək imkanının olmadığını deyib.
Qeyd edək ki, hadisə vaxtı yanan "BMW-X6"ya 40 min manat ziyan dəyib. Həmçinin DYP-yə məxsus xidməti avtomobilə və yol kənarından keçən "Toyota Corolla" markalı avtomobillərə də xeyli ziyan dəyib. Məhkəmədə zərərçəkmiş tərəf Əlican Qurbanovun əməlinə görə onlara böyük ziyan dəydiyini bildirib və ondan şikayətçi olub.
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












