Xankəndi yaxınlığındakı partlayışda həlak olanların sayı açıqlandı

Ermənistan Səhiyyə Nazirliyi Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi nəticəsində ölənlərin sayını açıqlayıb.
Səhiyyə naziri Anait Avanesyan bildirib ki, hadisə nəticəsində 125 nəfər həlak olub.
Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Azərbaycan dərhal hadisəyə reaksiya verib və yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Eyni zamanda, Saatlı, Sabirabad və Ağdam xəstəxanaları zərərçəkənlərin kütləvi qəbulu məqsədilə sürətlə hazırlanaraq xəstələri qəbul etmək üçün Bakıdan briqadalar göndərilib. (report)
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR










