Xəttə yeni buraxılan mikroavtobusların təkərləri deşilib - FOTO

Bir neçə şəxs Biləsuvar-Bakı xəttinə buraxılmış yeni mikroavtobusların təkərlərini deşib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Biləsuvar avtovağzalında anoloji hadisə bir neçə ildir təkrarlanır. Avtovağzal tərəfindən süni qiymət artımına və qanunsuz sərnişindaşımaya qarşı mübarizə məqsədilə xəttə buraxılan yeni mikroavtobusların təkərləri qəsdən yararsız hala salınıb. Ərazidəki təhlükəsizlik kameraları mikroavtobusun təkərlərini yararsız hala salan şəxslərdən birini müəyyən etməyə imkan verib. Avtovağzal rəsmisi görüntülər əsasında hadisəni törədən şəxsin Elçin Məmmədov olduğunu bildirir. Sürücülər isə əlavə edir ki, bu şəxs tək deyil və onun kimi bir neçə şəxs Bakıda və Biləsuvarda qanuni fəaliyyət göstərən sürücüləri təhdid edir, müxtəlif üsullarla maneələr yaradırlar. Xüsusən də bayram günlərindəki sərnişin sıxlığını fürsət bilən sözügedən işbazlar qiymətləri süni şəkildə qaldırırlar. Sərnişinləri narahat edən bu qanunsuz fəaliyyətin qarşısını almaqdan ötrü Biləsuvar avtovağzalında xəttə yeni marşrutlar buraxılıb. Rayondan paytaxta üz tutan sərnişinlərə Tarif Şurası tərəfindən məbləği təsdiqlənmiş 4 manat 40 qəpiklik biletlər təklif edilib.
Biləsuvar Rayon Polis Şöbəsinə faktla bağlı məlumat verilib. Hadisəni törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində işlər aparılır.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ















