Xəzər dənizinin dibi araşdırıldı: "Google Maps"də əks olunan sirli gəmi aşkarlandımı? - VİDEO - FOTO

Qazaxıstanın Manqistau vilayətinin turizm idarəsinin və fövqəladə hallar departamentinin əməkdaşları "Google Maps" fotolarında silueti aşkar olunan və batdığı ehtimal edilən gəminin koordinatlarının müəyyən olunması üçün Xəzər dənizində araşdırma aparıblar.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Tengrinews.kz nəşri məlumat verib.
Fövqəladə Hallar Departamentinin məlumatına görə, mütəxəssislər Melovoy Roqdan 1.5 km məsafədə dənizin dibini yoxlayıblar, çünki fotolarda əks olunan batmış gəmi məhz orada ola bilərdi.
"Xilasedicilər dənizin dibinin tədqiqi üçün "Y-150" dərinlik skanerinin əks-sədasından istifadə ediblər. Tədqiq olunan ərazidə dərinlik 9-10 metr təşkil edib. Nəticədə batmış obyektlər aşkar edilməyib. Tədqiqata əsasən, həmin ərazidə batmış gəmi ilə bağlı məlumatın yalan olduğu müəyyən edilib", - deyə Manqistau vilayətinin Fövqəladə Hallar Departamentindən bildirilib.
Xatırladaq ki, dekabrın 8-də "Google Maps"in peyk fotolarında batmış gəmi olduğu ehtimal edilən obyektin konturları görünmüş və uzunluğunun təxminən 70 metr, eninin isə 15 metr olduğu ehtimal edilmişdi.
Yerli balıqçılar iddia edirdilər ki, bu ərazi əvvəllər diqqət çəkməyib, obyekt isə Xəzər dənizinin dayazlaşması səbəbindən nəzərə çarpıb.
Dəniz marşrutlarının monitorinqi ilə məşğul olan logistika şirkətlərindən biri isə qeyd edib ki, əvvəllər belə məlumatlar qeydə almayıblar.

(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












