Xəzər dənizinin şimalında yeni ada yarandı

Rusiya alimləri Xəzər dənizinin şimal hissəsində suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədar yeni adanın meydana çıxdığını təsdiqləyiblər. Ada üçün ad seçilir.
Avtosfer.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun Mətbuat Xidmətindən məlumat verilib.
"Hərtərəfli ekspedisiya zamanı alimlər Malıy Jemçujnı adasından 30 km cənub-qərbdə yeni adanın mövcudluğunu təsdiq edə biliblər. İlkin olaraq, ada Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun Xəzər filialının əməkdaşları tərəfindən 2024-cü ilin noyabr ayında kosmos görüntülərində aşkar edilib, lakin onun mövcudluğu məsələsi son vaxtlara qədər mübahisəli olaraq qalıb. Kəşf edilən ada Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində yaranıb", - deyə məlumatda bildirilir.
Ekspedisiya adanın şimal hissəsinə yaxınlaşa bilib, lakin onu əhatə edən dayaz sular və hava şəraiti səbəbindən sahilə enmək mümkün olmayıb. Buna baxmayaraq, kvadrokopterdən gələn görüntülərdə ada aydın şəkildə görünür. Yaxın vaxtlarda alimlər yeni adanın ilkin təsvirini verəcək və onun coğrafi adı ilə bağlı təkliflər irəli sürəcəklər.
Okeanologiya İnstitutu hesab edir ki, Xəzər dənizinin səviyyəsinin daha da azalması ilə bu ada yaxın illərdə öz ərazisini əhəmiyyətli dərəcədə artıra, nadir quş növləri və suitilərinin yuva yeri kimi böyük potensial dəyər qazana bilər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












