"Xəzər-Lada"dan maşın alan müştəriyə nə tranzit nömrə verilir, nə də qəbz- İDDİA

Xırdalanın "Xəzər-Lada" satış mərkəzində müştəriyə qarşı özbaşınalıq baş verib. Oxucumuz Cəbrayıl rayon sakini Mətləb Mustafayev Avtosfer.az">Avtosfer.az-a müraciət edərək bildirib ki, avtomobil almaq üçün Xırdalan şəhərində yerləşən "Xəzər-Lada" mərkəzinə gəlib. O, 16500 manat məbləğində olan "Lada Granta" markalı avtomobili seçib almaq istəyən zaman, mərkəz tərəfindən müştəriyə nə ödənişlə bağlı faktura sənədi, nə də ki, avtomobili qeydiyyatda olduğu rayonun qeydiyyat-imtahan məntəqəsinə aparmaq üçün tranzit qeydiyyat nişanı verilib. Müştəri ödəniş etməsi ilə bağlı sənədin nəyə görə verilmədiyini soruşduqda, onlar səbəb gətirmədən, sadəcə "həmin sənədi vermirik"- deyiblər.
Müştəri tranzit nömrə verilmədiyi üçün avtomobili evakuatorla Baş Dövlət Yol Polisi İdarəsinin "Meyvəli"də yerləşən şöbəsinə aparmaq istəsə də, məlum olub ki, rayon sakininin adına orada qeydiyyat əməliyyatı aparılması mümkünsüzdür.
Buna görə də müştəri, məcburiyyətdən avtomobili İmişli rayonunda yerləşən qeydiyyat-imtahan mərkəzinə aparılması üçün evakuator xidməti ilə danışıb. Onlar evakuasiya görə 300 manat ödəniş tələb etdikləri üçün, müştəri avtomobili almaqdan imtina edib.
Qeyd edək ki, bu məsələdə "Xəzər-Lada" şirkəti müştəriyə qarşı qanunsuz hərəkət edib. Çünki nəqliyyat vasitələrinin alqı-satqısı və qeydiyyatı ilə bağlı qanunvericilikdə qeyd olunub ki, avtomobil satan şirkətlər Dövlət Yol Polisi İdarəsinə tranzit nörmə sifariş vermələri və avtomobilin üzərinə təhkim etmələri bir başa vəzifə öhdəlikləridir.
Təbriz
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












