XİN Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığının təfərrüatlarını açıqlayıb

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, C.Bayramov rusiyalı həmkarına regionda sonuncu gərginlik ilə bağlı məlumat verdi və qarşı tərəfin diqqətinə çatdırdı ki, 14 oktyabr tarixində gecə saat 1-də Ermənistanın silahlı qüvvələri azərbaycanlı mülki əhaliyə və mühüm əhəmiyyət kəsb edən infrastruktura hücum etmək məqsədilə Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutmaq üçün hazırlıq vəziyyətinə gətirilmişdi. O, vurğuladı ki, Azərbaycanın Silahlı Qüvvələri özünü müdafiə etmə hüququ çərçivəsində və öz mülki əhalisini qorumaq məqsədilə işğal altında olan Kəlbəcər rayonunun Azərbaycan-Ermənistan sərhəd ərazisində hərbi legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində məhv etdi və bununla növbəti insan faciəsinin qarşısını alaraq, çox sayda Azərbaycan mülki şəxslərinin həyatını xilas etdi. Nazir vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd etdi.
Xarici İşlər naziri Sergey Lavrov mülki şəxslərin tələfatı ilə bağlı öz ciddi narahatlığını ifadə etdi. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğuladı.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












