XİN-dən Ukrayna limanlarında qalan azərbaycanlılarla bağlı AÇIQLAMA

Xarici İşlər Nazirliyi Ukrayna limanlarında qalan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb.
Avtosfer.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Trend-ə deyib ki, bir müddət öncə Ukraynanın Olviya limanında duran “Orion S” gəmisində Azərbaycan Respublikası vətəndaşları olan dörd nəfərdən ibarət heyətin qaldığı məlum olub.
"Ukraynadakı Səfirliyimiz heyətlə əlaqə saxlayıb, limana yaxın ərazilərdə təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi səbəbindən gəmini tərk etmək barədə qərar şirkətlə razılaşdırıldıqdan sonra vətəndaşlarımız gəmidən çıxarılaraq Moldova ilə sərhədə çatdırılıb. Vətəndaşlar, Rumıniya və Türkiyə üzərindən marşrutla Azərbaycana geri dönüblər. Digər gəmidə qalan vətəndaşlarımız barədə Səfirliyimizə hələ ki, məlumat daxil olmayıb. Səfirliyimiz tərəfindən bu məsələ ilə bağlı əlavə araşdırmalar aparılır", - L.Abdullayeva bildirib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











