XİN Ermənistanın uşaqları döyüşçü kimi istifadə etməsinə münasibət bildirdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi açıqlama yayıb.
Avtosfer.az-a daxil olan açıqlamada deyilir:
Son günlər sosial mediada Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində uşaqlardan əsgər kimi istifadə etdiyini nümayiş etdirən videolar geniş yayılıb.
Təxminən otuz ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və bunun uzunmüddətli təsirlərindən əziyyət çəkir. Ancaq göründüyü kimi, Ermənistan nəinki azərbaycanlı uşaqların hüquqlarını pozmağa davam edir, hətta erməni uşaqların da hüquqlarını pozmaqdan çəkinmir.
Ermənistan hərbi əməliyyatlarda uşaqlardan istifadə etməklə, mülki əhalinin qorunmasına dair IV Cenevrə Konvensiyası və “Uşaqlar xüsusi hörmət obyektinə çevrilməli və hər cür ədəbsiz hücumdan qorunmalıdır” deyən I Əlavə Protokolun uşaqların müdafiə olunması zəmanətini pozur.
Ermənistan bu cür hərəkətləri ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasında, uşaqların silahlı qarşıdurmaya cəlb olunmasına dair Fakultativ Protokolda, xüsusən də 1-ci və 2-ci maddələrində təsbit olunmuş uşaq hüquqlarını kobud şəkildə pozur.
Uşaqları döyüşçü kimi istifadə edərək Ermənistan, onları əsas hüquqlarından, xüsusən yaşamaq və qoruma hüququndan məhrum edir, çünki uşaqlar döyüşçülər kimi hərbi hədəf ola bilərlər.
Özünü təhlükəsiz məktəblər haqqında bəyannamənin "müdafiəçiləri"ndən biri kimi təqdim edən Ermənistan, məktəb binalarını hərbi məqsədlər üçün istifadə etməkdən belə çəkinmir və bununla da gələcək nəslin qorunmasına hörmətsizliyini bir daha nümayiş etdirir.
Ermənistan tərəfindən beynəlxalq konvensiyalara və beynəlxalq humanitar hüquq öhdəliklərinə açıq şəkildə məhəl qoyulmadan uşaq hüquqlarının pozulmasını qətiyyətlə pisləyirik və müvafiq beynəlxalq təşkilatları bu qanunsuz təcrübəni hərtərəfli araşdırmağa və Ermənistan tərəfindən uşaq hüquqlarının pozulmasının dayandırılması üçün lazımi tədbirləri görməyə çağırırıq.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi










