Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb - FOTO

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
“Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Qeyd olunan ərazidə davam edən baxış istintaq hərəkəti nəticəsində bu gün daha bir azyaşlıya aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı beş nəfər şəxsə (onlardan iki nəfərin azyaşlı olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.
Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində hadisə yerinin müayinəsi davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək”, - məlumatda deyilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












