Ya baxımsızdı, ya da işləmir -Bu liftlərə kim nəzarət etməlidir? - VİDEO

Ya baxımsızdı, ya da ümumiyyətlə işləmir. Paytaxtdakı bəzi hündürmərtəbəli binalardakı liftlərə vaxtında xidmət göstərilmədiyindən bir çox hallarda sakinlər ya liftdə qalır ,ya da günlərlə mənzillərinə piyada qalxmalı olurlar.Vətəndaşlar deyir ki,artıq təzə binalardakı liftlər də köhnəlib və vaxtı vaxtında texniki baxış göstərilmir. Avtosfer.Az-ın xəbərinə görə, ekspertlər isə binada olan bütün texniki qurğulardan tikinti şirkətinin məsuliyyət daşıdığını deyir. Xüsusi ilə də liftlər mütəmadi istifadə olunduğundan texniki baxışın vaxtı vaxtında keçirilməsi vacibdi. Tikinti üzrə ekspert Şirin Şərifov deyir ki,tikintini aparan şirkət mənzillər təhvil verildikdən sonra da binada liftlərin işləməsini təmin etməlidir.Bunun üçün hündürmərtəbəli binalarda yaşayan sakinlərdən komunal ödəniş də alınır.
Hüquqşunas Xəyal Bəşirov isə bildirir ki, qəza baş verən zaman onun səbəbi mütləq aidiyyatı qrumlar tərəfindən təəfərrüatlı araşdırılmalıdır. O ki, qaldı liftə baş verən qəza zamanı məsuliyyəti kimin daşımasına, hüquqşunas deyir ki, bu zaman MTK-nın hər hansı bir şirkətlə müqaviləsinin olub olmaması araşdırılmalıdır. Əgər varsa məsuliyyəti həmin şirkət daşımalıdır. Əks halda bütün məsulliyyət MTK-nın üzərində qalır. Cəza mexanizminə gəldikdə isə əgər lift qəzası zamanı kiminsə sağlamlığına ziyan dəyərsə, bu zaman məsuliyyət daşıyan şəxsi 1500-3000 manat cərimə gözləyir. Əgər hadisə zamanı ölüm faktı qeydə alınarsa, bu zaman məsuliyyət daşıyan şəxsi 2 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması, və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












