Yanlış parklamanın fəsadları: Sürücülər texnologiyaya özlərindən çox güvənir? - FOTO

Müasir şəhər həyatında parkinq qaydalarına əməl olunmaması sürücülər üçün ciddi problemlər yaradır.
Avtosfer.az xəbər verir ki, yanlış park etmə təkcə fərdi vaxt itkisinə deyil, həm də nəqliyyat axınına mənfi təsir edir.
Mütəxəssislər bildirirlər ki, parklanma zamanı edilən əsas səhvlər arasında məsafənin düzgün qiymətləndirilməməsi və güzgülərdən istifadə edilməməsi yer alır. Xüsusilə sıx ərazilərdə bu cür hallar ciddi narahatlıqlara səbəb olur.
Müasir avtomobillərdə parkinq sensorları və arxa görüntü kameraları sürücülərə kömək etsə də bəzi sürücülər bu texnologiyalardan səmərəli istifadə etmir. Həddindən artıq texnologiyaya güvənmək və ya təcrübə çatışmazlığı avtomobilin düzgün parklanmasına mane olur.

Yanlış park etmənin fəsadları isə bəzən acınacaqlı olur. Dayanacaq yerlərinin düzgün istifadə edilməməsi avtomobilin parklanma xətlərindən kənara çıxması əlavə yer itkisinin yaranmasına səbəb olur. Nəqliyyat axınının pozulması səhv park edilmiş nəqliyyat vasitələri hərəkətə mane olur və sıxlıqla nəticələnir. Səhv parklanmış avtomobillərin düzəldilməsi sürücülərin əlavə vaxt sərf etməsinə gətirib çıxarır. Bir çox hallarda bu cür neqativ hallar ya qəza şəraiti ayradır, ya da qəzalara, insan tələfatlarına belə səbəb ola bilir.
Sürücülər isə bir çox hallarda parklama yerlərinin azlığından şikayətlənir. Mütəxəssislər sürücüləri diqqətli olmağa və park etmə qaydalarına riayət etməyə çağırırlar.
Eltac Zülfüqaroğlu
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












