Yanlış protokol sürücüyə problem olub - Sürücülük vəsiqəsini dəyişə bilmir - VİDEO

Başqa avtomobilin sürücüsünün törətdiyi qayda pozuntusuna görə paytaxt sakini Ülkər Həsənova vaxtı bitmiş sürücülük vəsiqəsini dəyişə bilmir. Avtosfer.Az-ın məlumatına görə, buna səbəb qaydanı pozan avtomobilin dövlət qeydiyyat nişanının xanım sürücünün avtomobilinin nömrəsinə oxşar olmasıdır. Sürücüyə göndərilən elektron protokoldakı şəkildə qayda pozan avtomobilin nömrəsinin 90-OM 634 olduğu açıq-aydın görünür. Amma qayda pozuntusunun 90 CM 634 nömrəli avtomobil tərəfindən törədildiyi qeyd edilib və buna görə 50 manatlıq cərimə tətbiq edilib. Qayda pozuntusu Ağdaş rayonunda qeydə alınsa da 90 CM 634 nömrə nişanlı avtomobilin sahibi Ülkər Həsənova, ümumiyyətlə o istiqamətə heç vaxt getmədiyini bildirir.
Sürücü elektron protokol məktubunun ona səhv göndərildiyini əsas gətirərək heç bir quruma müraciət etməyib. Sürücülük vəsiqəsini dəyişdirmək istəyəndə isə məhdudiyyət qoyulduğunu öyrənib.
Sözügedən halla tanış olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirdi ki, görünür, bu, texniki səhv ucbatından baş verib və həmin vətəndaş yol polisinin 902 qaynar xəttinə zəng edərək və ya Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət edərək qısa zamanda problemin həllinə nail ola bilər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












