Yanvar-iyun aylarında Bodrum limanları 20-dən çox kruiz gəmi qəbul edib

2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin Bodrum şəhərində yerləşən limanlar kruiz gəmisi ilə səyahət edən 8 min 503 sərnişin qəbul edib.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, kruiz gəmiləri ilə Bodrum limanlarına 558 sərnişin gətirilib, bu gəmilər ilə limandan aparılan sərnişinlərin sayı isə 959 nəfər təşkil edib.
“2022-ci ilin yanvar-iyun aylarında Bodrum şəhərinin limanlarından dəniz nəqliyyatı ilə tranzit sərnişin daşımaları 6 min 986 nəfər təşkil edib”, - deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilir ki, qeyd edilən müddət ərzində Bodrum limanları 29 kruiz gəmisi qəbul edib.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanları 317 kruiz gəmisi qəbul edib. Bu gəmilərin göyərtəsində ümumilikdə 205 min 642 sərnişin daşınıb.
2022-ci ilin yanvar-iyun aylarında Türkiyəyə kruiz gəmiləri ilə 7 min 454 sərnişin gəlib, 11 min 580 nəfər isə yola düşüb.
Məlumatda qeyd edilib ki, göstərilən dövrdə Türkiyə ərazisində dəniz nəqliyyatı ilə tranzit sərnişin daşımaları 186 min 608 nəfər təşkil edib.
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO








