Yaponiya sahillərində Çinin üç hərbi gəmisi müşahidə edilib

Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin üç gəmisi bir neçə gündür Yaponiya sahillərində dövrə vurub.
“Report” “The Epoch Times”a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, Çinin bölmələrinə idarə olunan raketləri olan iki eskadra mina gəmisi və bir təchizat gəmisi daxil olub. Onlar Miyako adasından 130 kilometr şimal-şərqə üzərək mübahisəli Şərqi Çin dənizinə daxil olublar. Eyni zamanda iyunun 12-dən 29-a kimi onlar kursu dəyişərək dənizin müxtəlif ərazilərində görünüblər.
Qeyd olunub ki, eskadra mina gəmiləri həm gəmi əleyhinə, həm də yer hədəfləri üçün ballistik və qanadlı raketlərlə silahlanıb.
Fürsətdən istifadə edərək Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri iki eskadra mina gəmisi və patrul helikopteri ilə təlimlər keçirib.
“Bunun sayəsində onlar Yaponiya Sahil Mühafizəsi ilə birlikdə bacarıqları təkmilləşdirib və cavab imkanlarını gücləndiriblər”, - nazirlikdən bildirilib.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












