"Yaranan problemi nəzarətinizə götürün": BNA rəhbərinə müraciət

Xəbərlər 30 Noyabr 2018 09:17 Oxunub 1787
"Yaranan problemi nəzarətinizə götürün": BNA rəhbərinə müraciət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Niyə insanlar taksidən istifadə edib əlavə xərcə düşmək məcbriyyətində qalmalıdırlar?

Sosial şəbəkədə Həsən Babayev adlı istifadəçi  BNA rəhbəri Vüsal Kərimliyə müraciət ünvanlayıb. Bildirib ki, "108 A bağlar" marşrutu camaatın canını boğazına yığıb. “Əvvəl "134" saylı marşrut bu "missiya"nı canla başla üzərinə götürmüşdü. Ləğv edib yerinə "108 A" marşrutunu gətirdilər. Səmimi olsaq, milləti zəlil etməyi bu marşrut daha yaxşı bacarır deyə bilərik. Ürəkləri istəyəndə sərnişinləri daşıyırlar, pulları bir az çoxalanda, xətdə avtobus tapılmır. Onu da deyim ki, bu marşrut Azadlıq metro stansiyasından Fatmayi bağlarına işləməlidir. Məktəbə gedən uşaqlar dəfələrlə dərsə gecikirlər, xəstəxanaya gedən xəstələr, qocalar yolda soyuq aylarda gözləyib marşrut sahiblərinin ölənlərinə "rəhmət" oxuyurlar. Düzdür, Azərbaycana gec-gec gəlirəm. Hərdən, adını çəkdiyim marşrutdan istifadə etməli oluram. Yəni, problemin canlı şahidiyəm. İctimai nəqliyyat varsa, niyə insanlar taksidən istifadə edib əlavə xərcə düşmək məcbriyyətində qalmalıdırlar?

Hörmətli Vüsal Kərimli, sonuncu müsahibənizi oxudum və inanmaq istəyirəm ki, ölkə başçısnının Sizə olan etimadını doğrultmağa çalışırsınız. Etiraf etmək lazımdır ki, son zamanlar Bakının nəqliyyat sistemində nəzərəçarpacaq dərəcədə inkişaf hiss olunur. Problemi köklü həll edəcəyinizə inanıb, Sizdən "108 A bağlar" marşrutu ilə bağlı yaranan problemi nəzarətinizə götürəyinizi xahiş edirəm.”

BNA-nın mətbuat katibi Mais Ağayev isə Həsən babyevin müraciətinə cavab verib. Bildirib ki, qeyd etdiyiniz məsələ ilə bağlı müvafiq işlərin görülməsinə başlanılıb. “İlk növbədə, 108A müntəzəm marşrut xəttinin fəaliyyəti nəzarətə götürülüb. Hazırda həmin marşrut xətti üzrə 12 ədəd avtobus 8/9 dəqiqəlik intervalla işləyir. Mövcud avtobuslardan 4 ədədi 27 dəqiqə intervalla Fatmayı bağları istiqamətində hərəkət edir. Məlumat üçün bildiririk ki, gündəlik olaraq nəzarətdə saxlanılacaq. Marşrut xətti üzrə daşıyıcıya sərnişinlərin narahatlığına səbəb olan halların aradan qaldırılması ilə bağlı konkret göstərişlər də verilib. Diqqətinizə çatdırım ki, ümumilikdə müntəzəm marşrut xətləri üzrə bu kimi xoşagəlməz halların aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən kompleks tədbirlər görülür. Dövlət başçısının tapşırığı və xüsusi diqqəti sayəsində avtobus parkının yenilənməsi işləri aparılır. Müasir və komfortlu avtobusların alınması üçün iş aparılır. Avtobus parkını yeniləməkdə məqsəd, sərnişinlərin narahatlığına səbəb olan hallara yol verən daşıyıcıların fəaliyyətinə son verməkdir. Sərnişinlərimizin rahatlığı, onlara keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi cənab Prezidentin Bakı Nəqliyyat Agentliyinin qarşısında qoyduğu əsas tapşırıqlardandır. Bu istiqamətdə Agentlik tərəfindən zəruri olan bütün tədbirlər görülür.”

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Zumreddin 6 Dekabr 2018 20:27
salam niye avto sfer islemir cavab yazmir Salam. Avtosfer.az saytina ne sualiniz olsa bura yazin. Siz koment yerine sual yazirsiz, orda sual-cavab bolmesi de var. ordan da yaza bilersiz http://avtosfer.az/question