Yardımlıda məktəblilər narkomaniya, erkən nikahlar və məişət zorakılığı ilə bağlı maarifləndirildi - FOTO

Yardımlı rayonunda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib.
Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Alçabulaq kənd tam orta məktəbində "Narkomaniya, erkən nikahlar və məişət zorakılığına yox deyək!” mövzusunda keçirilən görüşdə çıxış edən Yardımlı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüqar Bəhmənov, RİH başçısının müavini Əfsanə Məmmədova və digər aidiyyəti qurumların nümayəndələri müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıblar.
Sonra tədbir iştirakçılarına erkən nikahların fəsadları, bu neqativ halın ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə ətraflı məlumat verilib.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO













