Yarım əsr axtarılan dəfinə üzə çıxdı - FOTO

Fransanın Dö Sevr departamentindəki Ksentrey komunasının sakini dəfinə tapıb.
Avtosfer.az xəbər verir ki, dəfinənin axtarışı 70-ci illərdən başlayıb. Əvvəlki sahibi evi 1980-ci ildə satarkən yeni sahibinə burada dəfinə basdırıldığını, lakin tapa bilmədiyini deyib. Evin yeni sahibi həyətyanı sahənin obrazlı desək altını üstünə çevirib, divar və zirzəmilərdə gizli yerləri axtarıb. Lakin əbəs yerə.
Dəfinə tapmaqdan ümidini üzən kişi 2000-ci illərdə evi gənc ailəyə satdıqda əhvalatı olduğu kimi danışıb. Gənc ailə deyilənləri ciddi qəbulı etməyib.
Bu yaxınlarda cütlük bağçadakı ağac və gülləri yeniləmək istədikdə sürprizlə qarşılaşıb. İş görən zaman bel nəyəsə ilişib. Məlum olub ki, yerə küp basdırılıb. Həm də cəmi 5 santimetr dərinlikdə. Ev sahibi gözlərinə inanmayıb. Dəfələrlə tapdayıb keçdikləri yerdə basdırılan küpdə dəfinə varmış.
Numizmatik tədqiqata cəlb edilən pulların Yüzillik müharibə (1337-1453) dövrünə aid gümüş sikkələr olduğu üzə çıxıb. 2 min ədəd gümüş pulun bir hissəsi Fransada, bir hissəsi isə İngiltərədə gəsilib.
Tarixçilər dəfinənin qiymətini müəyyən etmək üçün tədqiqat aparırlar.
Vüqar
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














