Yarım milyon mənimsəmişdi - 5 ilə cəmi 107 minini qaytardı

2019-cu ildə bir sıra vəzifə cinayətlərində şübhəli bilinərək işdən çıxarılan və həmin il həbs edilən Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun məhkəməsi başa çatıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə V.Qasımov Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü (Külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.
Valeh Qasımova 6 il 6 ay müddətinə həbs cəzası verilib. Onun həmçinin həmin cəzanın bitməsindən sonra 2 il ərzində vəzifə tutması qadağan edilib.
Sabiq direktorun ümumilikdə 434 min manat dövlət vəsaitini ələ keçirməsi müəyyən edilib. Məhkəmə prosesində bildirilib ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 107 min manatı büdcəyə geri qaytarıb.
Hökmdə ondan daha 327 min manatın tutularaq büdcəyə ödənilməsi vurğulanıb.
Qafqazinfo
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












