Banner

Yasamalda oğurluq edən şəxsin maşınından narkotik tapıldı

Xəbərlər 6 İyun 2022 12:49 Oxunub 1194
Yasamalda oğurluq edən şəxsin maşınından narkotik tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yasamal RPİ 26-cı Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 4-də Bakı şəhər sakini M.İsmayılovun içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Talıbov saxlanılıb.

Bu barədə Avtosfer.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı oradan heroin və metamfetamin də aşkar edilərək götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh