Yataqxana sakinlərini bıçaqla hədələyən şəxs saxlanılıb

Şirvanda sakinləri bıçaqla hədələyən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan ŞPŞ-nə şəhər ərazisində yerləşən yataqxanaların birində Teymur adlı şəxsin ailə üzvlərinə, eləcə də yataqxana sakinlərinə qarşı uca səslə nalayiq ifadələr işlətməsi, həmçinin özünə və vətəndaşlara əlində olan bıçaqla xəsarət yetirmək istəməsi barədə məlumat daxil olub.
Daxil olmuş məlumatla əlaqədar qeyd olunan ünvana gedən şöbə əməkdaşları ictimai qaydanı kobud şəkildə pozan şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Əliyevi nizam-intizama dəvət edərək, əlində olan bıçaqları təhvil verməyə çağırıblar. Lakin sonuncu edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozmağa və ətrafda olan şəxslərə qarşı hədələrini davam etdirib. Bu zaman polis əməkdaşları tərəfindən onun bu əməlinin qarşısı alınıb və polis şöbəsinə gətirilib. Həmçinin saxlanılan zaman ondan iki ədəd bıçaq da götürülüb.
Dindirilmə zamanı T.Əliyev etdiyi əməli spirtli içki təsiri altında törətdiyini və səmimi peşman olduğunu bildirilib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












