Yeni açılan Bakı-Sumqayıt avtobusları gecikir? - AÇIQLAMA

Bakı-Sumqayıt marşrut xətti üzrə hərəkət edən avtobusların intervala uyğun işləmədiyi barədə iddialar yayılıb. Sosial şəbəkə istifadəçiləri deyir ki, avtobuslar tam dolmadan yola düşmür.
Məsələni aydınlaşdırmaq üçün “Baku Bus” MMC ilə əlaqə saxlanılıb.
Qurumun mətbuat katibi Əsmər Əliyeva açıqlamasında bildirib ki, deyilənlər həqiqəti əks etdirmir:
"Bu haqda deyilənlər tamamilə yanlışdır. Avtobus xəttə çıxmağa başlayandan axşam saat 8-9-a qədər 11, qeyd etdiyimiz kimi pik saatlarda isə 7-8 dəqiqə intervalı ilə fəaliyyət göstərir. Bunu dispeyçer mərkəzində əyani sübutlarla da göstərə bilərəm. Axşam saat 8-9 dan sonra isə 11 dəqiqə 13 dəqiqə olur. Ayın 21-dən bu günə kimi 13 dəqiqədən artıq interval olmayıb. Avtobus dolana qədər gözləndiyi ilə bağlı söylənilən fikirlər də şaiyədir. Pik vaxtlarda 7 dəqiqə interval qoymuşuq lakin bu müddət 1 dəqiqə uzanır. Çünki insanların avtobusa daxil olması və kart vurması bir dəqiqə çəkir. 11 dəqiqəlik intervalda da 12 dəqiqə olur. Doldu-dolmadı Sumqayıtdan, eləcə də Bakı Avtovağzalından qeyd elədyimiz intervalla avtobuslar fəaliyyət göstərir".
Qdyd edək ki, Sumqayıtdan Bakı şəhəri istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirəcək yeni ekspress marşrut xətti təşkil edilir.
AYNA-dan bildirilib ki, yanvarın 21-dən fəaliyyətə başlayan ekspress avtobuslar Sumqayıt Avtovağzalı, “Bağçalı evlər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, metronun “Avtovağzal” stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edir.
Sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün səfərlər “Neoplan” markalı 48 yerlik komfortlu avtobuslarla həyata keçirilir. Xətdə 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir. Ekspress avtobuslarda gedişhaqqı 0.80 azn təşkil edir. Ödənişlər nağdsız qaydadadır.
Modern.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












