“Yeni avtomobillərin idxal xərcləri azaldılmalı, vergilərə yenidən baxılmalıdır ”

“Vergi daxilolmalarında dolayı vergilərin payı yenə yüksək olaraq qalmaqdadər”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, büdcə daxilolmalarında ƏDV-dən gələn daxilolmalar mənfəət vergilərindən gələn daxilolmalardan yenə də çoxdur: “Biznes və sahibkarlar üçün qanunvericiliyin və qaydaların uzunmüddətli dövrdə stabil qalması daha vacibdir. İstər yerli, istər xarici sahibkar, iş adamı bunda maraqlıdır. Təqdim edilən dəyişikliklər səhifə sayına görə Vergi Məcəlləsinin səhifələrinin sayından çoxdur. Daha uzun dövrü əhatə edən yeni Vergi Məcəlləsi hazırlanmalı, yeni Məcəllə orta hesabla 10 il ərzində sabit qalmalıdır”.
Deputat qeyd edib ki, vergi orqanları və sahibkarlar arasında münasibətlərin minimumlaşması məqsədəuyğun olardı: “Vergi orqanlarının sahibkarlıq fəaliyyətinə birbaşa müdaxiləsini səyyar vergi yoxlamaları artıra bilər”.
Deputat maliyyə sanksiyalarının differensial olmasını təklif edib: “Çünki sanksiyaların rəqəm olaraq 2 dəfə və s. artırılmasının əsaslandırılmasına ehtiyac var. Sanksiyalar sahibkarın fəaliyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən avtomobillərin idxalı ilə bağlı vergilərin yüksək olması Azərbaycanda avtomobil parkının köhnəlməsinə gətirib çıxarıb. Biz avtomobil parkının köhnəlməsinin qarşısını almaq istəyiriksə, yeni istehsal olunan avtomobillərin idxal xərclərinin azaldılması, vergilərə yenidən baxılması lazımdır”.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu












