Yeni çəkilən Bakı-Şamaxı-Yevlax yolunda çatlar yarandı - FOTO - VİDEO

Şamaxı rayonudakı sürüşmə sahələri aktivləşib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun 108-ci kilometrliyində baş verən sonuncu sürüşmə nəticəsində yeni çəkilməkdə olan yolun Şamaxı istiqamətində hərəkət zolağının sol tərəfində çatlar yaranıb, asfaltda çöküntülər əmələ gəlib. Yeni çəkilən yolun bu hissəsində sürüşmənin aktivliyini nəzərə alaraq həmin əraziyə beton plitələr yerləşdirilsə də, təbiət hadisəsi nəticəsində yola ciddi ziyan dəyib.
Qeyd edək ki, əvvəlki illərdə də yolun 106,107,108-ci km-ləri sürüşmənin ən aktiv nöqtələri hesab olunub. Bu ərazilər sürüşməyə meyilli ərazilər hesab edilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Avtosfer.az-a bildirilib ki, bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib. Həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.
Qeyd edək ki, sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeyd alınmayıb. Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur. Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək.
Emin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ






















