Yeni marşrutla Çindən Azərbaycana 50 vaqon yük gətirilib

“ADY Konteyner” şirkəti “Azəralüminium” MMC-nin sifarişi əsasında Çindən Azərbaycana alüminium sənayesinin strateji xammalı olan bişirilmiş karbon anod bloklarının idxalını həyata keçirib.
Avtosfer.az xəbəre verir ki, Qujing - Gəncə marşrutu üzrə hərəkət edən qatarda yüklər hər biri 40 futluq olmaqla 50 konteynerdə daşınıb. Qatar Qazaxıstanın Aktau limanına çatdıqdan sonra konteynerlər “Barıs” fider gəmisinə yüklənərək Bakı limanına gətirilib. Oradan isə qatarla Gəncə Alüminium Zavoduna yola salınıb.
Layihə “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqında memoranduma uyğun olaraq həyata keçirilir.
Ölkədə qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rolu olan “Azəralüminium” MMC carı ildə 30 min ton bişirilmiş karbon anod blokları tədarük edəcək. Bu günədək ADY Konteyner və “Azəraliminium” şirkətləri arasında əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Azərbaycana 400 konteyner idxal edilib. Tərəflər əməkdaşlığı daha da genişləndirməyi hədəfləyir.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












