Yeni yolda erməni təxribatı: “Qondarma rejimin tör-töküntüləri...”

Ermənilər Laçın dəhlizinə alternativ olaraq çəkilən yeni yolda təxribat törədiblər.
Ermənistan mətbuatında yayılan videolarda yeni yolda Xankəndidəki separatçı qurumun “bayrağı” və terrorçu rejimin “polislər”inin olduğu görünür.
Belə ki, Xankəndindəki separatçı nəşrlər bu barədə xəbərlər yayıblar. Onlar yeni salınan yolun istismara verildiyi vaxtdan separatçı-terrorçu rejimin qanunsuz "daxili işlər nazirliyi"nin "müvafiq polis bölmələri orada gecə-gündüz növbətçilik etdiyini yazıblar. Hətta özünü "Kaşataq" "rayon polis idarəsi”nin rəis müavini adlandıran Alen Apunts deyilənləri təsdiqləyib.
Maraqlıdır, belə təxribatlara əl atmaqda mənfur düşmənin məqsədi nədir? Onlar bununla nə demək istəyirlər?
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya bildirib ki, Xankəndidəki oyuncaq rejimin “bayrağı”nın qaldırılması və onların tör-töküntülərinin polis qismində iştirak etməsi təxribatdır:

“Bu təxribatın 2 ortaq şəriki var. Birincisi, oyuncaq rejimin nümayəndələri olan separatçılardır. İkincisi, Rusiya sülhməramlı kimi fəaliyyət göstərməyən rus hərbçiləridir.
Düşünürəm ki, separatçılar “polis dəstələrini” qabağa verməklə və qondarma rejimin parçasını ora asmaqla Ermənistan-Azərbaycan arasında aparılan sülh danışıqları pozmağa çalışırlar. Digər tərəfdən isə orada var olduqlarını göstərmək istəyirlər. Yəni separatçılar özlərinin müstəqil olduğunu və Rusiyanın onları dəstəklədiyini deməyə çalışırlar.
Əslində belə halların baş verməsi Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasına imkan yaratmır. Əksinə bu addımlarla problemlər çoxalır. Düzdür, Paşinyan artıq yavaş-yavaş Qarabağdan uzaqlaşdığını deməyə başlayıb. O, hətta Nazirlər Kabinetinin iclasında Qarabağda erməni əsgərlərinin olmadığını bildirdi. Paşinyan bu sözləri səsləndirirsə, deməli Ermənistan geri addım atmağa başlayıb”.
Politoloq vurğulayıb ki, həmin əski parçasının dalğalanmasına şərait yaradan Rusiya və rus hərbçiləridir:
“Hesab edirəm ki, qondarma rejimin tör-töküntüləri də onlardan ilhamlanaraq bu hərəkətləri edirlər. Belə olan halda isə sülh prosesindən danışmaq çətin məsələdir. Azərbaycan və Ermənistan arasında gedən sülh prosesinin Qarabağdakı vəziyyətə təsiri olmayacaq.
Əks təqdirdə Azərbaycan 3 avqustda “Qisas” əməliyyatını həyata keçirdiyi kimi yenidən orada xüsusi bir əməliyyat keçirərək qalan tör-töküntüləri də təmizləyəcək. Biz yeni alternativ yolu ona görə çəkdik ki, onların Ermənistana gediş-gəlişi rahatlaşsın. Amma ermənilər belə təxribatçı addımlar atmağa davam etsə, Azərbaycan onların cavabını mütləq verəcək”.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












