Yeni Zelandiyaya ilk P-8 “Poseidon” dəniz patrul təyyarəsi təhvil verilib

“Boeing” şirkəti Yeni Zelandiya Hərbi Hava Qüvvələrinin sifariş verdiyi 4 ədəd ilk P-8 “Poseidon” dəniz patrul təyyarəsinin birincisini təhvil verib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Təyyarə şirkətin Vaşinqton ştatının Renton şəhərindəki istehsalat müəssisəsində təqdim olunub.
Yeni sifariş verilən təyyrələr Yeni Zelandiya Hərbi Hava Qüvvələrinin hazırda istifadə etdiyi 6 ədəd P-3K2 “Orion” təyyarələrini əvəz edəcək.
2,3 milyard Yeni Zelandiya dolları (1,45 milyon ABŞ dolları) dəyərində müqavilə əsasında alınan P-8-lərin hava qüvvələrinin dəniz patrul imkanlarını gücləndirəcəyi və ölkənin ərazi sularında vəziyyətlə bağlı məlumatlılığı artıracağı gözlənilir.
P-8 sualtı və suüstü döyüşlər üçün nəzərdə tutulub. Təyyarə 12.500 metr hündürlüyə çata və saatda 900 kilometr sürətlə hərəkət edə bilər.
Təyyarə hətta son dərəcə aşağı temperaturlu bölgələrdə belə, ən yüksək performansı saxlamaq üçün hazırlanıb.
Modelin iki variantı var: Hindistan Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə edilən P-8I və Böyük Britaniya Hərbi Hava Qüvvələri, Norveç Hərbi Hava Qüvvələri, Avstraliya Hərbi Hava Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrində xidmətdə olan P-8A “Poseidon”. Koreya Respublikası Hərbi Dəniz Qüvvələri və Almaniya Hərbi Dəniz Qüvvələri də patrul əməliyyatları üçün təyyarə alıb.
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?
Kəmaləddin Heydərovun oğullarından Hollivud layihəsinə sərmayə - Kassada uğursuz oldu
Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldılar
Sudan xüsusi məqsədlərlə istifadəyə görə ödənişlər bu gündən qüvvəyə minir - RƏSMİ
Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
Ramiz Mehdiyevə yeni ittiham elan olunub
FHN əhaliyə XƏBƏRDARLIQ EDİB
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü










