Banner

Yenilik sürücülərin narazılığına səbəb oldu - Etibarnamə tarixə qarışır?

Xəbərlər 2 Dekabr 2019 11:10 Oxunub 8239
Yenilik sürücülərin narazılığına səbəb oldu - Etibarnamə tarixə qarışır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Etibarnamə XIX əsrdə bəylər, ağalar dövründə idi ki, möhür basılırdı

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi mobil etibarnamə sistemini istifadəyə verib. Artıq nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamələri mobil telefonla da vermək mümkündür. Bunun üçün telefona "mobil notariat" adlı tətbiqi yükləmək lazımdır.

Sistemdə qeydiyyatdan keçmək üçün isə birdəfəlik şifrə tələb olunur. Qəribəsi odur ki, həmin şifrəni hərhansı notariusa yaxınlaşaraq almaq lazımdır. Düzdür şifrəni şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və onu ödənişsiz əldə etmək olur. Daha sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür.  Ancaq buna baxmayaraq tətbiqdən istifadə edənlər artıq öz narazılıqlarını dilə gətirməyə başlayıblar. İstifadəçilər adi şifrə üçün notariusa getməyi lazımsız hesab edirlər.

Bu barədə “Yeni Sabah”a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ümumiyyətlə, etibarnamə ləğv olunmalıdır:

“Bizim cəmiyyətdə artıq elə bir proses gedir ki, etibarnamə məsələsinin ləğv edilməsini tələb edirlər. Amma Ədliyyə Nazirliyi görünür, çox gəlirli sahə olduğu üçün bunu əldən buraxmaq istəmir. Guya müxtəlif texnologiyalar tətbiq etməyə çalışırlar. Lakin bu da bir sıra narazılıqlara səbəb olur. Əgər mən yenə notariusa gedəcəmsə, bunun harası müasir infrastruktur oldu? Bu yalnız elə adamlara sərf edər ki, tutaq ki, iş adamı tez-tez etibarnamə verir. Deyək ki, kimsənin maşınlarının sayı çoxdur, hər gün sürücü dəyişirsə, belələri üçün əlverişlidir. Amma ümumən bu etibarnamə məsələsinə kökündən baxmaq lazımdır. Bu gün avtomobillərin etibarnamə ilə idarə edilməsi müasir dünyanın tələblərinə cavab vermir". 

Ekspert qeyd edib ki, qanunvericilikdə bununla bağlı dəyişilik olmalıdır:

"Nə üçün ata oğula, qardaş-qardaşa, bacı-qardaşa etibarnamə verməlidir? Bu birincisi bizim ailə dəyərlərimizə ziddir. Belə çıxır ki, bir ailə üzvlərinin bir-birinə etibarı yoxdur. Sənəd kimdədirsə, avtomobil onundur. Bəzən oğurluq məsələsini ortaya atırlar. Bəs sən milyonlarla vəsait xərcləyirsən, yollarda kamera quraşdırırsan, nömrə oxuyan cihaz quraşdırırsan. Bu sənin problemindi, niyə vətəndaşın problemi olmalıdır ki? 

Bilirsiz, etibarnamə XIX əsrdə bəylər, ağalar dövründə idi ki, möhür basılırdı. Biz hələ o dövrdə qalmışıq. Lap qəza törədilibsə, sənin kameran çəkir, maşının sahibi yol polisinin elektron ünvanına yaza bilər ki, avtomobili mən yox, qardaşım, yoldaşım və s. idarə edib". 

E.Muradlı etibarnaməyə görə yaranan cərimə problemlərini də diqqətə çatdırıb:

"Həm də etibarnamə ləğv olunsa, görün yol polisi xətti ilə büdcəyə nə qədər pul gələ bilər. Məsələn deyək ki, siz maşınınızı satırsız. 1 illik etibarnamə verirsiniz. Maşını alan şəxs rüsumlara görə öz adına keçirmir, 1 il bitdikdən sora həmin şəxsin bütün cərimələri sizin adınınıza yollanır. Siz də hər dəfə bu halla qarşılaşanda məcbursunuz ki, yol polisinə müraciət edib, vəziyyəti izah edəsiniz. Belə bir hüquqi müxanizm də yoxdur. Çox adam elə bilir ki, etibarnamə vermək asandır, amma xəbərləri yoxdur ki, problemli məsələdir. Ədliyyə Nazirliyinin bu addımını qismən alqışlamaq olar, amma bu məsələ kökündən həll olunmalıdır”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh