Yetmiş qaziyə son nəsil protezlər verilib - FOTO

Vətən müharibəsində yaralanmış qazilərimizdən daha bir qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunub.
ƏƏSMN-dən Report-a verilən məlumata görə, hazırlıq mərhələsi bitdikdən sonra Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində onlara son nəsil protezlər təqdim edilib. Bu müasir protezlər istifadəçilərə köməkçi vasitələr olmadan, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sərbəst hərəkət etməyə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, həmçinin idmanla məşğul olmağa və s. imkan verir.
Müharibə əlilləri yeni texnologiyalı protezlərin onlara yenidən sərbəst və rahat hərəkət imkanı verdiyi üçün razılıqlarını ifadə ediblər.
Ümumilikdə aşağı ətrafları amputasiya olunmuş 70 qazinin ən son texnologiyalı protezlərlə təminatı həyata keçirilib.
Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam edir. Yuxarı ətrafları amputasiya olunmuş 32 nəfər qazimizdən müvafiq ölçülər götürülüb.



Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












