Yevlaxda qadının qətlinin bəzi təfərrüatları MƏLUM OLUB - FOTO

Yevlax şəhərində baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.
Hadisə şəhərun Nüşabə küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Qətlə yetirilən, 1987-ci il təvəllüdlü Laləzər Camal qızı Bəkirovaya şüşə ilə 18 kəsik xəsarətləri yetirilib. Xəsarətlər əsasən boğaz nahiyəsindən olub və o hadisə yerində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən, qadının əri - 1986-cı il təvəllüdlü Həsrət Ramiz oğlu Bəkirov könüllü olaraq polisə təslim olub.
Qeyd edək ki, ailənin 6 övladı olub. Hadisə zamanı uşaqlar və onların nənəsi də evdə olub. Lakin onlar digər otaqda yatdıqlarından hadisədən sonra xəbərdar olublar.
H.Bəkirov həyat yoldaşını, sındırdığı otaq pəncərəsinin şüşəsini kəsərək qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu bildirilir.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. ("Report")
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















