Yol nişanları mübahisəyə səbəb oldu - Cərimələnən sürücülər narazıdır - FOTOLAR

“Dayanmaq qadağandır” işarəsini görmədiyi üçün 20 AZN cərimələndi. Avtosfer.az-ın məlumatına görəi, oxucu bildirir ki, paytaxtın Nəsimi rayonu Süleyman Rüstəm küçəsində nəqliyyat vasitələrinin dayanmasını qadağan edən işarə “piyada keçidi” işarəsinin arxa hissəsində yerləşdiyi üçün sürücülər bunu görmürlər. Xalid Ələmdar oğlu Ələkbərli bu işarəni görmədiyi üçün 1 yanvar tarixində 20 AZN cərimələnib.
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, nişanlar arasındakı məsafə 20 metrdən az olmamalıdır: “Nişanların bir-birinin ardında qoyulmasına qətiyyən yol verilə bilməz. Qanunvericilikdə tələb var ki, nişanların arasındakı məsafə 20 metrdən az olmamalıdır. Bir-birinə yaxın olan nişanları isə bir dirəyə qoymaq lazımdır. Cərimələnən vətəndaş bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməlidir”.
Məsələ ilə bağlı metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, tərtib olunan protokol qanunun tələblərinə uyğundur: “Şəkildə nişan görülür. Orada nişana mane olan qarşıdakı nişanın turbasıdır. Bu da 10 metr məsafədən görsənməyə bilər. Amma yaxınlaşdıqca nişan aydın görülür. Sürücü bunu bəhanə etməsin. Nişanlarla bağlı ziddiyəti olan sürücü idarəmizə müraciət edə bilər. Müraciət etməsə belə, məlumat versin ki, həmin yerlə bağlı Hərəkətin Təşkili Şöbəsinin əməkdaşları aiddiyyatı tədbiri həyata keçirsinlər”.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ












