“Yol polisi avtomobillərin nömrəsini çıxarıla bilməz” - Vaqif Əsədov

Bakıda düzgün park edilməmiş avtomobillərin dövlət nömrə nişanları yol polisləri tərəfindən çıxarılır. Bu barədə baku.ws-ə şikayətçilər bildiriblər. Qeyd edilib ki, Nərimanov rayonu ərazisində 99 YP 267 nömrə nişanlı avtomobildə xidmət göstərən yol polisi park edilmiş avtomobilin nömrəsini çıxarıb. Şikayətçi bildirib ki, 42 BR 585 dövlət nömrə nişanlı avtomobilin nömrəsi çıxarılıb. Yalnız 102-yə məlumat verildikdən sonra nömrə geri qaytarılıb.

Bundan başqa, sosial şəbəkələrdə də bu kimi faktlarla bağlı şikayət edilib. Problemlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirdi ki, dövlət nömrə nişanları yol polisi tərəfindən açıla bilməz: “Dediyiniz hadisəni qeyd etdim və bu barədə Nərimanov rayon Dövlət Yol Polis İdarəsinə məlumat veriləcək. Hadisə barədə tərəfimizdən araşdırılmalar aparılır”, - deyə Vaqif əsədov bildirib.

Qurum rəsmisi deyir ki, yol polisi əməkdaşlarının fəaliyyəti yalnız qanun çərçivəsində tənzimlənir. “Bu gün dövlət nömrə nişanları yol polisi tərəfindən açıla bilməz. Bakıda dövlət yol polisi əməkdaşı tərəfindən avtomobillərin nömrələri açılmır. Əgər belə hallar olarsa, mütləq hüquq çərçivəsində tədbirlər görüləcək”.

Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












