Yol polisi iş görür – AA nömrəli avtomobilin sürücüsü ona əngəl olur - VİDEO

Dünən səhər saat 10:15 radələrində Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində işıqfor işləmədiyi üçün ərazidə yol polisi əməkdaşı xidmət aparıb və hərəkəti tənzimləyib. Şəkildən göründüyü kimi, qara rəngli, “Toyota” markalı, 90-AA-479 nömrə nişanlı avtomobilin sahibi yol polisinin hərəkəti tənzimləməsinə kobud maneçilik törədib. Bu barədə Avtosfer.az-a şahidlər məlumat verib. Bildiriblər ki, bütün maşınlar eyni qaydada “Stop” xəttində yol polisinin əmrinə uyğun olaraq gözlədiyi halda 90-AA-479 nömrəli avtomobilin sürücüsü maşını düz piyada zolağının üstündə saxlamaqla yanaşı aradabir siqnal verib ona mane olub. Digər sürücülər onun bu hərəkətlərini ədəbsizlik kimi qəbul etdikləri üçün görüntüləri Avtosfer.az-a göndəriblər və həmin sürücünün ictimai qınağa, eləcə də inzibati məsuliyyətə cəlb olunmasını istəyirlər.
Elmin
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA














