Bakıda sürücü yol polisinə rüşvət verib? - RƏSMİ - VİDEO

Dünən sosial şəbəkələrdə Xırdalan şəhərində 99-YP-177 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX əməkdaşlarının taxta materialları daşıyan yük avtomobilini saxlamaları ilə bağlı videogörüntülər yayılıb, görüntülər səssiz olduğu üçün müəllif tərəfindən “Bura qədər hər şey qaydasındadır. Amma uzun sürən danışıqlardan sonra vətəndaş polis maşınına nəsə qoyur” sözləri qeyd edilməklə videonu çəkən şəxsin polisin sürücüdən rüşvət alması iddia edilib.
Avtosfer.az xəbər verir ki, videogörüntülərlə əlaqədar DİN Baş DYP İdarəsində aparılan araşdırma zamanı müəyyən edilib ki, sentyabrın 15-də, saat 10:20 radələrində Xırdalan şəhərinin Heydər Əliyev prospektində Bakı şəhər sakini Quliyev Namiq Adil oğlunun idarə etdiyi “Qaz-3302” markalı 10-NC-083 dövlət qeydiyyat nişanlı yük avtomobilində daşınan yükün nəqliyyat vasitəsinin arxa xarici işıq siqnallarının üstünü tutduğuna görə 99-YP-177 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Abşeron rayon polis idarəsinin DYP şöbəsinin YPX əməkdaşları tərəfindən saxlanılıb. Burada sürücüdən sənədlərinin təqdim edilməsi tələb edilib. Sürücü N.Quliyev müvafiq sənədləri təqdim etdikdən sonra barəsində İXP 3535007 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək hərəkətinə icazə verilib.
Araşdırma zamanı izahat verən sürücü Namiq Quliyev həqiqətən də yükdaşıma qaydalarını pozduğu üçün həmin vaxt saxlandığını və barəsində sənədləşmə aparıldıqdan sonra hərəkəti davam etdiyini, eləcə də ondan rüşvət alınması və ya istənilməsi kimi neqativ halların ehtimal edilməsinin yanlış olduğunu bildirib.
Sürücünün videosunu təqdim edirik:
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ














