Yol polisi sürücüyə qanunsuz protokol yazıb - 99 YP 137 - VİDEO

Sürücü Pərviz Qənbərov yol polisinin ona qanunsuz protokol tərtib etdiyini iddia edir. Avtosfer.az-a müraciət edən vətəndaş bildirib ki, sentyabr ayının 10-da Lerik-Lənkəran yolunun 41-ci kilometrliyində idarə etdiyi 10 VK 513 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil ilə ötmə əməliyyatı edib. İcazə verilmiş yerdə ötmə əməliyyatını başlayan sürücü əməliyyatı bitirən zaman 2 metr 1.1 xəttinin üzərinə düşüb. Bu zaman qarşı tərəfdən gələn 99 YP 137 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan inspektor Sadıqov Sulduz ona protokol tərtib edib. Sürücünün təqdim etdiyi videogörüntüdə onun qanuni olaraq ötmə əməliyyatı etdiyi görünür. Belə ki, qanunvericiliyə görə sürücü ötmənin qadağan olunmadığı yerdə əks istiqamətə çıxaraq ötmə əməliyyatına başlayıbsa 1.5 nişanlanma xəttinin 1.1 nişanlanma xəttinə keçdiyi yerdə ötməni başa çatdırdığı halda əvvəlki hərəkət zolağına qayıdarkən özündən sağdakı 1.1 xəttini kəsib keçməsi qanunlar çərçivəsindədir.
Qeyd edək ki, bu Yol Hərəkəti Haqqında Qanunun 5 saylı əlavəsində qeyd olunub.
Videonu təqdim edirik:
Fərid
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












