Yol polisindən şikayət edən vətəndaş üzr istədi

Bu günlərdə mediada Göyçay rayon Qaraməryam kənd sakini Quliyev Səbuhi Fəxrəddin oglu tərəfindən Yevlax regional 7 saylı Qeydiyyat İmtahan Texniki Baxış şöbəsinin əməkdaşı Yelmar Həsənov barəsində məlumat yayılıb. Məlumatda Yelmar Həsənovun ünvanına bir sıra ittihamlar səsləndirilib. Avtosfer.az xəbər verir ki, bu günlərdə elə həmin yazının dərc olunduğu sayt vasitəsi ilə Goycay rayon Qaraməryəm kənd sakini Səbuhi Quliyev Dövlət Yol Polisi əməkdaşından üzr istəyib.
Həmin müraciətdə deyilir: “Mən Göycay rayon Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu bir neçə gün öncə Yevlax 7 saylı Qeydiyyat İmtahan Texniki Baxış şöbəsinin əməkdaşı Yelmar Həsənov barəsində məlumat vermişdim. Həmin vaxt ailəmdə olan problemlə əlaqədar keçirdiyim əsəb buna səbəb olub. Yevlax 7 saylı Qeydiyyat İmtahan Texniki Baxış şöbəsinin əməkdaşı Yelmar Həsənovun barəsində dediklərim həqiqəti əks etdirmir. Xahiş edirəm həmin məlumatların həqiqətə uyğun olmamasını nəzərə alıb əssasız hesab edəsiniz. Mən mətbuat vasitəsi ilə barəsində yalan məlumat verdiyim Yevlax 7 saylı Qeydiyyat İmtahan Texniki Baxış şöbəsinin əməkdaşı Yelmar Həsənovdan üzr istəyirəm".
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ












