Yol polisindən sürücüyə: "102 kimdir, burada əmri mən verirəm" – VİDEO

Cavadzadə Murad Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarından şikayətçidir. Avtosfer.az müraciət edən sürücü bildirir ki, 99 YP 249 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Binəqədi rayon DYPŞ-nin əməkdaşları ona məxsus olan "Seat" markalı, 99 HT 730 dövlət nömrə nişanlı avtomobili saxlayıb ödənilməmiş cəriməsi olduğunu və buna görə avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Sürücü isə cəriməni yerində ödəməyə hazır olduğunu bildirib. Yol polisi isə “cəriməni ödə, avtomobilini buraxım get” deyib.
Sürücü bildirir ki, cəriməni ödəyib çekləri təqdim etsə də, ona maşının duracağa getməli olduğunu bildiriblər: “Dərhal 102 xidmətinə zəng edib şikayət etdim. Ordan da bildirdilər ki, cərimə ödənilibsə avtomobil buraxılmalıdır. Bununla bağlı məni saxlayan YPX əməkdaşına bildirdikdə “102 kimdir, burada əmri mən verirəm” dedi. Sonra isə PPX çağıraraq məni və avtomobilimdə olan dostumu bölməyə aparmağını istədi. Guya biz onu təhqir etmişik, tabe olmamışıq. Amma videogörntülərdə də var ki, biz hər hansı kobudluğa yol vermirik. 102 xidmətinə zəng edəndən sonra məni aparmasalar da, dostumu bölməyə aparıb izahat aldılar. Həmçinin dedilər ki, sizə hələ bir cərimə də yazacağıq ki, qoşa xəttin tələbini pozmusunuz. Amma biz heç bir qaydanı pozmamışdıq".
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, həmin sürücü konkret qayda pozuntusuna görə saxlanılıb. "Sonradan məlum oldu ki, sürücünün ödənməmiş cərimələri də var. Sürücü özünü təqdim etməkdən imtina edərək sənədləri YPX əməkdaşlarına verməyib. Buna görə də Nərimanov rayonu 17-ci polis bölməsinin əməkdaşları əraziyə dəvət edilib və həmin sürücü bölməyə aparılaraq şəxsiyyəti müəyyən edilib. 190 manat cəriməsini ödədikdən sonra çəkdiyi videoları yayacağı ilə polis əməkdaşlarını şantaj edib və buraxılmasını istəyib. Lakin buna baxmayaraq barəsində qanunun tələblərinə müvafiq olaraq tədbir görülüb."
Avtosfer.az sürücünün göndərdiyi görüntüləri təqdim edir:
Orxan
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










