Yolun ortasında qalan ağaclarlarla bağlı icra hakimiyyətindən AÇIQLAMA - FOTO
Xəbərlər
21 Avqust 2020 14:12

Ötən gün paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində avtomobil yolunun ortasındakı ağaclarla bağlı məlumat vermişdik.
Sosial şəbəkələrdə paylaşılan görüntülər geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Mövzu ilə əlaqədar Rayon İcra Hakimiyyətindən oxu.az-a bildiriblər ki, rayonun müxtəlif küçə və prospektlərində buna oxşar problemlər mövcuddur: “Təbii ki, yaşıllıqların vacibliyini nəzərə alaraq, hazırkı mövsümdə ağacların köçürülməsi mümkün olmadığı üçün qarşıdan gələn payız fəslində həmin ağacların köçürülməsi nəzərdə tutulub”.
19 avqust, 14:27
Bakıda avtobuslar üçün ayrılan yeni dayanacaq yeri diqqəti çəkib. Məsələ ilə bağlı fotolar sosial şəbəkədə paylaşılıb. Söhbət paytaxtın Nizami rayonu, Cəmşid Naxcivanski küçəsindən gedir. Məlumatda qeyd olunub ki, son illər ərzində yüz minlərlə yaşlı ağac müxtəlif səbəblərdən məhv edilib: “Ağacların kəsilməsi məsələsini hər kəs bilir. Lakin, bu qeyri-adi addım ilə adiyyatı qurum təbiəti qoruduğunu göstərmək istəyib. Avtobuslar üçün dayanacaq təşkil edilib və guya təbiəti qorumaq məqsədilə bu iki ağacı kəsilməyib. Ağaclar da indi anormal formada qalıb yolun ortasında. İndi bu nə yoldur, nə dayanacaq, nə də səkidir”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, sosial şəbəkədə yayılan fotolarla əlaqədar agentliyin əməkdaşları əraziyə baxış keçirib: “Hazırda əməkdaşlarımız tərəfindən məsələ araşdırılır. Nizami rayonu Cəmşid Naxcivanski küçəsində AAYDA tərəfindən asfalt örtüyü çəkilməyib. Məsələ tərəfimizdən araşdırıldıqdan sonra ictimaiyyətə yekun məlumat veriləcək”.
Oxunub : 3160
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ












