Yunan fermerlər etiraz əlaməti olaraq traktorlarla Afinaya gediblər - VİDEO

Yunanıstanın hər yerindən fermerlər traktorlarla Afinaya gedərək yanacağın və gübrələrin bahalaşmasından narazılıqlarını bildiriblər.
Bu barədə Reuters xəbər verir.
Parlamentin qarşısında onlarla traktor dayanıb. Onlardan birində “Bu gün mal-qara tələf oldu” yazılmış plakat asılıb.
“Biz Afinaya daha yaxşı gələcək üçün gəldik. Hər şey çox bahadır: benzin, gübrə”, - deyə fermerlərdən biri bildirib.
Mitinqdə yüzlərlə traktorlu fermerin iştirakı gözlənilir. Aksiya artıq elektrik enerjisi ödənişlərində endirimlər və dizel vergisi kreditinin 2024-cü ilin sonuna qədər bir illik uzadılmasını təklif edən hökumətə təzyiq göstərmək məqsədi daşıyır.
Xatırladaq ki, bu, Yunanıstanda fermerlərin ilk etirazı deyil. Fevralın əvvəlində onlar ölkənin şimalında təbii fəlakətlər nəticəsində zeytun ağaclarına dəyən ziyana görə kompensasiya tələbi ilə yolları bağlayıblar.
oxu.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












