Yuxarı Lars keçid məntəqəsi Ermənistandan gələn bütün nəqliyyat növləri üçün açıldı

Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsi Ermənistandan gələn bütün nəqliyyat növləri üçün açılıb.
Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Belə bir razılaşma Avrasiya İqtisadi Komissiyası (AİK) çərçivəsində keçirilən görüş zamanı əldə olunub.
“2023-cü il dekabrın 1-də Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə AİK çərçivəsində Yuxarı Lars keçid məntəqəsindəki vəziyyəti müzakirə etmək üçün operativ iclas keçirilib. Nəticədə keçid məntəqəsi bütün növ avtonəqliyyat vasitələri, o cümlədən tez xarab olan kənd təsərrüfatı məhsullarını daşıyan yük avtomobilləri üçün açılıb. Eyni zamanda bildiririk ki, hazırda mövcud problemlərin təcili həlli məqsədilə fitosanitariya sahəsində səlahiyyətli dövlət orqanlarının nümayəndələri arasında ikitərəfli işçi məsləhətləşmələr aparılır”, - məlumatda qeyd edilir.
Xatırladaq ki , noyabrın sonunda Rusiya Federasiyası Ermənistandan gələn yüklərinin bir hissəsini Yuxarı Lars keçid məntəqəsi vasitəsilə qəbul etməkdən imtina edib.
oxu.az
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












