Zahirəddin İbrahimov Bakıda - DTX-dan növbəti mühüm ƏMƏLİYYAT

Son günlərdə Ermənistan seqmentinə aid media qurumları Rusiya vətəndaşı Zahirəddin İbrahimovun DTX-nin əməliyyat tədbirləri ilə ələ keçirilərək Bakıya aparıldığını yayımlayır.
Avtosfer.az xəbər verir ki, Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib.
O, 2005-2020-ci illərdə Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan Respublikasının əleyhinə saxta ittihamlar səsləndirib qərəzli bəyanatlar verib, Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib.
Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama vermiş vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Z.İbrahimovun həqiqətən DTX-nin istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Z.İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib.
Rusiya vətəndaşı olan Zahirəddin İbrahimovun ələ keçirilərək Azərbaycana gətirildiyi xüsusi əməliyyat tədbirlərinin detalları hələ ki ictimaiyyətə açıqlanmayıb.
Lakin onun da Ruben Vardanyan və Arayik Harutyunyan kimilərlə yanaşı DTX-nin istintaq təcridxanasında saxlanıldığı, Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş cinayətlərə görə digərləri kimi cavab verəcəyi artıq məlumdur.
“Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci ildə uzun müddət ərzində düşmən dövlətin separatizm təbliğatının əsas aləti olmuş Zahirəddin İbrahimovun ələ keçirilərək ölkəyə gətirilməsi dövlətimizin konstitusiya quruluşu və ərazi suverenliyi əleyhinə iş aparmağa cürət edən hər kəsə aydın bir mesajdır.
Məsələ ilə redaksiyamız DTX-nin Mətbuat xidmətinə sorğu ünvanlamışıq. Mövzunu diqqətdə saxlayacağıq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












