Zakir Həsənov Kəlbəcər və Laçında hərbi obyektlərə baxış keçirib - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərdə görülən işlərlə tanış olublar. Məruzə olunub ki, azad olunmuş rayonlarda hərbi polisin xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yataqxana və xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də digər infrastruktur obyektlərinin tikilməsi və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub. Sonra general-polkovnik Z.Həsənov tikintisi davam edən maddi-texniki təminat anbarlarına baxış keçirib. Bildirilib ki, iqlim və relyefdən asılı olmayaraq qoşunların fasiləsiz və dayanıqlı fəaliyyətini təşkil etmək məqsədilə müasir tələblər nəzərə alınaraq inşa edilən anbarlar vasitəsilə bölmələr silah-sursat, yanacaq-sürtkü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla mərkəzləşdirilmiş qaydada təmin ediləcək. Tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?










