Zakir Həsənov: “Ordumuzda Türkiyə təcrübəsi əsasında yeni idarəetmə sistemi qurulub”

Azərbaycan Ordusunun Türkiyə modelinə uyğun təkmilləşdirilməsi işləri uğurla yerinə yetirilir. Artıq müsbət nəticələr də var.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov "REAL TV"yə müsahibəsində deyib. “Bütün dünyanın hərb elmi orduların idarəçiliyi üzərində durur. Bu, çox mühüm bir məsələdir. Son hərbi qarşıdurmalar da göstərir ki, bu məsələyə çox ciddi diqqət yetirmək lazımdır. Biz müharibədən də öncə, bu məsələyə çox ciddi fikir verirdik. Siz xatırlayırsızsa, mən bu haqda deyirdim. Müharibədən sonra da bu istiqamətdə gördüyümüz nöqsanları aradan qaldıraraq, artıq Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən istifadə edərək yeni bir sistem qurduq. İdarəetmə sistemi”, - müdafiə naziri vurğulayıb. Zakir Həsənov bildirib ki, ordunun idarəetmə sistemində böyük irəliləyiş var. “Düzdür, müharibə vaxtı bizim idarəetmə sistemi çox yaxşı işlədi. Ordunu idarə edirdik, qarşılıqlı əlaqəni qururduq. Və bunun döyüşlərə təsiri çox böyük idi. Müsbət haldır ki, ordu tam şəkildə idarə olunurdu və vəzifələri yerinə yetirirdi”, - Z.Həsənov əlavə edib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












