Zaqatalada dayanacaq tikinti şirkəti tərəfindən zəbt EDİLDİ – FOTO

Zaqatalada dayanacaq zəbt edilib. Tikinti şirkəti yaxınlıqda təmir işləri aparır.
Bizim.Media-ya müraciət edən Zaqatala sakinləri narazılıqlarını bildirirlər.
Şəhərin mərkəzi olan Bayraq meydanında özəl sahibkarlıq obyektlərindən birində təmir-tikinti işləri aparılır. Ərazi hasarlanarkən piyadaların mütəmadi istifadə etdiyi dayanacaq da hasara alınıb.
Sakinlər bildiriblər ki, marşrut avtobusu, taksi gözləyən insanlar, xüsusən yaşlılar, uşaqlar üçün bu, olduqca çətindir. Bir tərəfdən yolda dayanırlar, digər tərəfdən isə ayaqüstə qalmaq olduqca çətindir. Yağışlı, küləkli havalarda isə dayanacaqsız qeyri-mümkündür. Sakinlərin haqlı narazılığını Zaqatala şəhər nümayəndəliyinin diqqətinə çatdırdıq.
Bildirilib ki, məsələdən onlar da agahdır. Ərazidə abadlıq işləri aparıldığından bu addım atılıb. Yaxın günlərdə avtomobil dayanacağındakı hasar söküləcək və sakinlər əvvəlki kimi ondan istifadə edə biləcəklər.

Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












