Zaqatalada əcnəbi narkotacirlə əlbir olaraq narkotik satan şəxs saxlanılıb - FOTO - VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri zamanı Gəncə şəhər sakini Mövsüm İsgəndərov saxlanılıb.
Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroin aşkar edilib.
Araşdırma zamanı M.İsgəndərovun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə Gəncə şəhərinə apararaq orada satmaq istəməsi müəyyən edilib. M.İsgəndərov əvvəlcədən fotoşəkillər vasitəsilə ona göndərilən Zaqatala rayonundakı ünvandan narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılmış şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














