Zaqatalada icarəyə götürdüyü torpaqda narkotik yetişdirən şəxs tutulub - FOTO

Zaqatalada icarəyə götürdüyü torpaq sahəsində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Paşan kəndi ərazisindəki qarğıdalı sahəsində çətənə kollarının becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Ərazi dərhal nəzarətə götürülüb və keçirilən əməliyyat tədbiri nəticəsində həmin kənd sakini Məmməd İsayev narkotik tərkibli bitkilərə qulluq edərkən yaxalanıb. Əraziyə baxış zamanı oradan kultivasiya edilən 25 ədəd çətənə kolu aşkarlanıb. M.İsayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl icarəyə götürdüyü torpaq sahəsində becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












