Zəmanətlə aldığı maşın çürüyür - Avtosalon isə pulları qaytarmır - VİDEO

Külli miqdarda pul verib təzə avtomobil aldı. Üstündən 1 il keçməmiş cəmi 14 min km yol qət edən maşın çürüməyə başlayıb. Sürücü iddia edir ki, avtomobilin mühərrik hissəsi, qapıların içi və yük yerində demək olar ki, çürümə halları gündən-günə çoxalır. Avtosfer.az-ın məlumatına görə, hadisə Binəqədi sakini Davud Hüseynovun başına gəlib. Zərərçəkmişin sözlərinə görə, 2013-cü ildə Babək prospektindəki avtosalonlardan birindən zəmanətlə Çin istehsalı olan "CİP” markalı avtomobil alıb. Zərərçəkmiş deyir ki, avtomobilə 3 il və 100 min kilometr zəmanət verilib. Halbuki, sürücü avtomobillə bir il ərzində cəmi 14 min kilometr məsafə qət edib. Bununla əlaqədar olaraq sürücü avtosalona dəfələrlə müraciət etdikdən sonra onu Babək prospektində yerləşən digər bir servisə yönləndiriblər. Servisdə sürücüyə bildiriblər ki, ilk dəfədir belə bir vəziyyətlə qarşılaşırlar. Həmin avtosalon sürücüyə kömək məqsədi ilə avtomobilin bir neçə detalını servisdə dəyişdirib. Amma buna baxmayaraq digər hissələrdə də çürümə prosesi davam edir.
Bəs belə olduqda vətəndaşa dəymiş ziyanı kim ödəməlidir?
Hüquqşünas Xəyal Bəşirov deyir ki, əgər tərəflər arasında alqı-satqı müqaviləsi varsa, həmin şəxs ona dəymiş 18 min 500 manat ziyanı məhkəməyə müraciət etməklə əldə edə bilər.
Zərərçəkmiş Davud Hüseynov deyir ki, yaxın günlərdə məsələ ilə bağlı Xətai rayon məhkəməsinə müraciət edəcək.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












